İranın Ərak şəhər mərkəzi həbsxanasında bir gündə beş məhbusun edam hökmü icra edilib.
RegionTV.info xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, onlar narkotiklə bağlı ittihamlarla edam cəzasına məhkum ediliblər.
O da vurğulanır ki, ötən aylarda İranda edamların sayı artıb. Ölüm hökmünə məruz qalanlar arasında ümummilli qiyamın iştirakçıları da var.