Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan 10 ədəd FLIRT tipli sərnişin qatarı alır - RƏSMİ

RegionTV.info

"2022-ci ildə ölkə üzrə dəmir yolu ilə sərnişin daşınmalarında son on ilin ən yüksək göstəricisi əldə olunub. Belə ki, il ərzində 5 milyon 136 min sərnişin daşınıb. Bu, 2021-ci illə müqayisədə 84% çoxdur. Bu göstəricinin böyük bir hissəsi (5 milyon 8 min) Abşeron dairəvi dəmir yolu xətti üzrə daşımalara aiddir".

Bu barədə  “Azərbaycan Dəmir Yolları’’ QSC-dən məlumat daxil olub.

Məlumatda bildirilir ki, ötən il Bakı-Gəncə-Bakı istiqamətində hərəkətin bərpası təmin edilib, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə əlavə qatarlar xəttə buraxılıb:

"Qeyd edək ki, pandemiyadan əvvəl - 2019-cu ildə Azərbaycan dəmir yolu ilə yerli və beynəlxalq istiqamətlərdə ümumilikdə 3 875 729 sərnişin daşınıb.

ADY-nin nəqliyyat sektorunda müşahidə olunan tıxacların aradan qaldırılmasına önəmli töhfə verməklə yanaşı, sərnişin məmnunluğunun təmin edilməsində də böyük rolu olub. İnsanlar ekoloji təmiz, sürətli və müasir standartlara cavab verən elektrik qatarlarından istifadəyə üstünlük verərək mənzil başına vaxtında və təhlükəsiz çatdırılıb.

ADY sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər çərçivəsində əməkdaşlar, sərnişinlər, podratçılar və biznes müştəriləri üçün təhlükəsiz mühitin yaradılması istiqamətində bir sıra ciddi addımlar atmış, dəmir yolu xətlərinə yaxın ərazilərdə yerləşən yaşayış massivlərində və orta məktəblərdə əhalinin maarifləndirilməsi məqsədilə təbliğat və təşviqat kampaniyaları həyata keçirib".

Qurumdan həmçinin deyilib ki, il ərzində hərəkət tərkibinin yenilənməsi və ya əsaslı təmir olunması istiqamətində də böyük həcmli işlər görülüb, belə ki, 10 ədəd FLIRT tipli sərnişin qatarlarının alınması üzrə imzalanmış müqaviləyə əsasən qatarların 2023-2024-cü illərdə Bakıya çatdırılması planlaşdırılıb:

"Yeni qatarlar Abşeron dairəvi dəmir yolu və regionlar üzrə sərnişin daşımalarının daha intensiv və keyfiyyətli təşkil olunmasına önəmli töhfə verəcəkdir.

Eyni zamanda tranzit yükdaşımaları sahəsində artan tələbatı qarşılamaq məqsədilə 605 ədəd konteyner platformasının alınması üzrə satınalma prosesinə start verilmişdir. Bununla yanaşı, tranzit yük daşımalarını təmin etmək üçün yetərli sayda magistral və manevr lokomotivlərinin alınması və əsaslı təmiri istiqamətində bir sıra vacib qərarlar qəbul olunmuşdur".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də