Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ağcabədi sakinlərindən 12 kq narkotik götürülüb

RegionTV.info

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb, onlardan 12 kiloqram marixuana götürülüb.

Bu barədə  Daxili İşlərinin Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı rayon sakini Coşqun Rəfiyev şəhər ərazisində saxlanılıb. O, narkotik vasitəni taksi ilə meşəlik əraziyə apararkən saxlanaraq şöbəyə gətirilib. Avtomobilə baxış zamanı yük yerindən 9 kiloqram marixuana aşkar edilərək götürülüb.

Bundan əlavə keçirilən digər bir tədbirlə daha 3 kiloqram marixuana qanunsuz dövriyyədən çıxarılıb. Şübhəli qismində saxlanılan Zaman Cəfərovun rayonun Hindarx qəsəbəsindəki evinə baxış keçirilib. Bu zaman oradan 3 kiloqram marixuana aşkar edilərək götürülüb.

Hət iki faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də