Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xırdalanda binanın transformatoru yandı, sakinlər təxliyə edildi - FOTO

Xırdalan şəhərində çoxmərtəbəli binanın zirzəmisində transformator yanıb.

RegionTV.info  xəbər verir ki, hadisə Heydər Əliyev prospektindəki yeni tikilidə baş verib.

Yaşayış kompleksini elektrik enerjisi ilə təmin edən transformartor əvvəlcə tüstüləyib.

Daha sonra cərayan mənbəyi alovlanmağa başlayıb.

Alovun ətrafa keçməsinin qarşısını almaq üçün əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Binaya elektrik enerjisinin verilişi dayandırılıb.

Təhlükəsizlik məqsədilə sakinlər təxliyyə edilib.

Hazırda elektrik enerjisinin verilişinin bərpa edilməsi istiqamətində işlər aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də