Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda koronavirusdan 4 nəfər vəfat edib

RegionTV.info

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 77 yeni yoluxma faktı qeydə alınıb, 98 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 377 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 861 nəfər müalicə olunaraq sağalıb, hazırda 467 aktiv xəstə var. Bu günə qədər 10 049 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 210, bu günə qədər isə ümumilikdə 7 457 880 test icra olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də