Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Teya Tsulukiani: “Gürcüstan Ukraynaya hərbi yardım göstərməyəcək”

“Gürcüstan münaqişədə iştirak etmək istəmədiyi üçün Ukraynaya hərbi yardım göstərməyəcək”.

RegionTV.info  xəbər verir ki, bunu Gürcüstanın Baş nazirin müavini, mədəniyyət, idman və gənclər naziri Teya Tsulukiani bildirib.

“Gürcüstan hakimiyyəti dövlətin hərbi qarşıdurmaya cəlb olunmasına imkan verməyəcək, ona görə də təbii ki, biz qarşıdurmada iştirak edən tərəflərdən birinə hərbi yardım göstərə bilməyəcəyik. Üstəlik, bildiyimə görə, biz aldığımız belə silahların transferindən danışırıq”-deyə, o bildirib.

Baş nazirin müavini əlavə edib ki, Gürcüstan çoxlu silahlı münaqişələr yaşayıb və hakimiyyətin vəzifəsi bunun bir daha baş verməməsidir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də