Bakıda "Amazon" şirkətinin əməkdaşı olan Türkiyə vətəndaşı itkin düşüb.
RegionTV.info xəbər verir ki, hadisə yanvarın 14-də paytaxtın Yasamal rayonu, F.İbrahimbəyov küçəsində qeydə alınıb.
Belə ki, həmin ərazidə yaşayan “Amazon” internet şirkətində çalışan Türkiyə vətəndaşı, 1994-cü il təvəllüdlü Bedirhan Tanış Şinasi oğlu evdən işə getmək adı ilə çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılır.