Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda 7 min abonent qazsız qalıb

Biləsuvar rayonunda 7 min abonentin qaz təchizatında fasilə yaranıb.

RegionTV.info  xəbər verir ki,  bu barədə Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Belə ki, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində daşıyıcı qaz kəmərinin zədələnməsi nəticəsində ümumilikdə 7 min abonent olmaqla Biləsuvar şəhərinin və Zəhmətabad, Əliabad, Xırmandalı, Bəydili kəndlərinin bir hissəsinə təbii qazın verilişi məcburi dayandırılıb.

Təmir işlərinin bu gün axşam saat 20-21 radələrində başa çatdırılması planlaşdırılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də