Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kolumbiya hakimiyyəti və üsyançılar gələn həftə danışıqlar aparacaq

Kolumbiya hakimiyyəti və “Milli Azadlıq Ordusu” üsyançıları gələn həftə Venesuelada danışıqlar aparacaq.

RegionTV.info  xəbər verir ki, bu barədə TASS hökumət nümayəndə heyətinin rəhbəri Otti Patinyoya istinadən məlumat yayıb.

Üsyançılar da görüşdə iştiraklarını təsdiqləyiblər və qeyd ediblər ki, danışıqlarda mövcud siyasi böhranın aradan qaldırılması və danışıqların növbəti raunduna hazırlıq müzakirə olunacaq.

Qeyd edək ki, “19 Aprel Hərəkatı”ndan keçmiş üsyançı Qustavo Fransisko Petro Urreqo Kolumbiyada hakimiyyətə gəldikdən sonra hökumətlə “Milli Azadlıq Ordusu” arasında altı ay müddətinə atəşkəs bağlanıb, lakin sonradan üsyançılar atəşkəs razılaşmasından çıxdıqlarını bəyan ediblər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də