Rusiya ordusu Ukraynanın Dnepr şəhərində növbəti irimiqyaslı raket hücumu həyata keçirib.
RegionTV.info xəbər verir ki, Dnepr şəhərindəki hündürmərtəbəli binaya raket hücumu nəticəsində 14 nəfər ölüb, 73 nəfər yaralanıb.
Bu saata qədər xilasedicilər dağıntılar altından 38 nəfəri çıxarıb. Axtarış əməliyyatı davam etdirilir.
Şəhər meri Mixail Lısenko bildirib ki, dağıntılar altında hələ də sağ insanlar var və onlar mesaj yazmağa davam edirlər.