Bakının Binəqədi rayonunda 16 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
RegionTV.info-nun məlumatına görə, 2007-ci il təvəllüdlü Məmmədov Əliqismət Arif oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.