ABŞ vətəndaşı, Filippin əsilli R Bonni Qabriel şənbə günü keçirilən "Dünya gözəli-2022" müsabiqəsinin qalibi olub.
RegionTV.info xəbər verir ki, 71-ci beynəlxalq müsabiqə Nyu Orleanda (Luiziana) keçirilib.
Müsabiqədə ümumilikdə 84 ölkədən təmsilçi iştirak edib. Yarışda ikinci yeri Venesuela təmsilçisi Amanda Dudamel, üçüncü yeri isə Dominikan Respublikasından Andreina Martines Funye tutub.
Qeyd edək ki, ötən il Hindistan təmsilçisi Harnaz Sandhu “Dünya gözəli-2021” gözəllik müsabiqəsinin qalibi olub. İsrailin Eylat şəhərində baş tutan tədbir müsabiqənin yutubdakı səhifəsində yayımlanıb.
Üzgüçülük geyimi yarışmasından sonra mərasimin final hissəsinə 10 iştirakçı daxil olub, sonra onlardan yalnız 5-i münsiflər heyətinin aktual mövzularda suallarını cavablandırmaq və finala yaxınlaşmaq imkanı əldə edib.