Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Ruben Vardanyan tutduğu vəzifədən AZAD OLUNACAQ"

Ruben Vardanyan tutduğu vəzifədən azad olunacaq.

RegionTV.info   bildirir ki, bu barədə erməni mediası məlumat verilib.

"Məlumata görə, sabah "dövlət naziri" Ruben Vardanyan vəzifəsini tərk edəcək.

Xatırladaq ki, o, 2022-ci il noyabrın 4-də "vəzifə"yə təyin edilmişdi və onun Arayik Arutyunyanı ələ almağa gəldiyi barədə şayiələr yayılmışdı.

Azərbaycan Ruben Vardanyanın Qarabağa köçməsini əvvəlcə narazılıqla qəbul etmişdi. Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan etmişdi ki, Ruben Vardanyan regionu nə qədər tez tərk etsə, hamı üçün bir o qədər yaxşı olar. Mümkün işdən çıxarılma Bakının mövqeyi ilə bağlıdırmı və bu, Laçın dəhlizinin açılmasının qiyməti olacaqmı? Təfərrüatları daha sonra təqdim edəcəyik", - deyə media yazıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də