Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bu ölkənin daxili işlər naziri Marat Axmetjanovla görüşüb.
RegionTV.info xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər ikitərəfli əlaqələri, həmçinin hüquq mühafizə orqanları arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.