Vətən müharibəsi iştirakçısı Azər Bayramov vəfat edib.
RegionTV.info xəbər verir ki, o, qan xərçəngi xəstəliyindən dünyasını dəyişib.
Müharibə dövründə xüsusi təyinatlı qüvvələrdə xidmət edən Azər Bayramov, sonradan polis leytenantı kimi çalışırdı.
O, Vətən müharibəsində göstərdiyi şücaətə görə Füzulinin, Cəbrayılın, Şuşanın azad olunması və "Vətən uğrunda” medalları ilə təltif olunub.
Qeyd edək ki, Lerikin Siyon kəndindən olan Azər Bayramovun atası Həsən Bayramov bir ay öncə dünyasını dəyişmişdi.