Rusiya həbsxanasında azərbaycanlı məhkum Çingiz Nurəddin oğlu Əsgərov vəfat edib.
RegionTV.info xəbər verir ki, bu barədə sosial şəbəkədə onun tanışları məlumat yayıblar. Tomsk həbsxanasında cəza çəkən 58 yaşlı Ç. Əsgərovun xəstəlikdən öldüyü deyilir.
Salyanda anadan olan Çingiz Əsgərov uzun müddət Rusiyanın Stavropol diyarında ailəsi ilə birgə yaşayıb. 2008-ci ildə Rusiya məhkəməsinin hökmü ilə 18 il azadlıqdan məhrum edilib. Həbs müddətinin 15 ilini geridə qoyduğundan yaxın günlərdə azadlığa çıxacağı gözlənilirdi.
Qeyd edək ki, məhumun nəşinin yanvarın 16-da Azərbaycana gətiriləcəyi və Salyanda dəfn ediləcəyi gözlənilir.