RegionTV.info
Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun öldürülməsinə dair cinayət işinin istintaqı Yevlax rayon prokurorluğunda davam etdirilir.
Yevlax Rayon Prokurorluğundan verilən xəbərə görə, istintaqın gedişində 1993-cü il təvəllüdlü Daşqın Xəlilov, 2004-cü il təvəllüdlü Fəxrid Allahverdiyev və 2005-ci il təvəllüdlü Ramiz Məmmədovun mərhumun evinə basqın etməsi, kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən şəxslərə Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.11-ci (quldurluqla əlaqədar adam öldürmə) maddələrilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.