“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun əmri ilə Aysel Soltanova sədrin müşaviri vəzifəsinə təyin olunub.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, Aysel Soltanova Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası üzrə bakalavr, Mərkəzi Avropa Universitetində Dövlət siyasəti sahəsində magistr təhsili alıb.
Aysel Soltanova 2006-2014-cü illərdə BP və P&G kimi tanınmış beynəlxalq şirkətlərdə çalışıb.
2014-2020-ci illərdə "Azərkosmos" ASC-də müxtəlif vəzifələri icra edib, o cümlədən Marketinq Departamentinə rəhbərlik edib.
2021-ci ildən isə "Aztelekom" MMC-də baş direktorun birinci müavini vəzifəsində çalışıb.