RegionTV.info
Yanvarın 5-də Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində müəyyən edilib ki, mərhumların ölümünə səbəb dəm qazından zəhərlənmə olub.