Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsrailin xarici işlər naziri Eli Koen arasında telefon danışığı olub.
RegionTV.info xəbər verir ki, bu barədə israilli nazir öz tvitter hesabında yazıb.
Bildirilib ki, tərəflər Azərbaycanın İsraildə yeni səfirlik açması və səfirin təyin olunması məsələlərini müzakirə ediblər:
“Mən həmkarımı səfərə dəvət etdim. Biz iki ölkə arasında münasibətləri möhkəmləndirmək və əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik”, - deyə paylaşımda qeyd edilib.