Xocavənddə əlində sursat partlayan şəxs ölüb.
RegionTV.info xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Hadisə rayonun Ağburun adlanan ərazisində baş verib.
Belə ki, orada heyvan otaran 1971-ci il təvəllüdlü Elşən Hümbətov ərazidən partlayıcı sursat tapıb. E.Hümbətovun sursatla ehtiyatsız davranması ucbatından partlayış baş verib. Nəticədə o, hadisə yerində ölüb.
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gedərək baxış keçiriblər. Hadisə yerində təhlükəsizlik tədbirləri görüldükdən sonra E.Hümbətovun meyiti ərazidən götürülərək morqa təhvil verilib.