Tanınmış rejissor və aktyor Aqil Quliyev məhkəməyə verilib.
RegionTV.info xəbər verir ki, onun barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi xüsusi icraat qaydasında iddia qaldırıb. İddia Bakı Kommersiya Məhkəməsinə göndərilib.
İddiaya əsasən, aktyor Aqil Quliyev vergi borcunu bir müddətdir ödəmir. Bu səbəbdən adı çəkilən dövlət qurumu məhkəməyə müraciətində onun ölkədən çıxışına müvəqqəti qadağa qoyulmasını tələb edir.
Şikayətə Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Aqil M.Quliyev açıqlamasında məsələdən xəbərdar olduğunu bildirib:
“Sənədləşmə işlərində problem yaranıb. İllərdir işləmirəm. Vergi borclarım toplanıb. Bu barədə başqa söz demək istəmirəm”.