Ukrayna havada üstünlük əldə etmək və müdafiəsini gücləndirmək üçün Qərb tərəfdaşlarından MiQ-29 və F-16 qırıcıları almalıdır.
RegionTV.info-nun xəbərinə görə, bunu NATO-nun keçmiş komandanı Ceyms Stavridis deyib.
“Ukraynaya döyüş təyyarələri lazımdır. Bunlar Polşanın MiQ-29 və ya ABŞ F-16-ları ola bilər. MiQ-29-ları birbaşa Ukraynaya təhvil vermək olar və ukraynalı pilotlar artıq onları necə idarə etməyi bilirlər. F-16 ilə vəziyyət daha mürəkkəbdir, lakin ukraynalılar onları tez mənimsəyəcək”, - deyə Stavridis bildirib.