Uşağın anadan olmasına görə sosial müavinətin məbləği 500 (beş yüz) manat təyin olunub.
RegionTV.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.