Daxili İşlər Nazirli Vilayət Eyvazovun əmri ilə nazirliyin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevin rütbəsi artırılıb.
RegionTV.info xəbər verir ki, bu barədə E.Hacıyev özü paylaşım edib.
"Fəaliyyətimi polis polkovnik-leytenantı rütbəsində davam etdirəcəyəm. Göstərilən etimada görə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmağa çalışacağam", - deyə o paylaşımında bildirib.