RegionTV.info
Saat 7:26-da "Həzi Aslanov-İçərişəhər" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə baxış keçirilməsi zərurəti yaranıb.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Qeyd olunub ki, təlimat tələbənə uyğun, sərnişinlər düşürülüb və qatar "İçərişəhər" stansiyasında baxış-dayanma dalanı olmadığı üçün ən yaxın məntəqə kimi "Nərimanov" elektrik deposuna göndərilib.
"Əvəzinə depodan qatar verilib və xətlər üzrə ehtiyat qatar da hərəkət edib. Depoya göndərilən qatara baxış keçirilib, problem aşkarlanmayıb və marşrutlardan biri üzrə xəttə veriləcək",- məlumatda vurğulanıb.
***08:15
Bakı metrosunda qatarda nasazlıq yarandığına görə sərnişinlər "28 May" stansiyasında düşürülüb.
RegionTV.info xəbər verir ki, hadisə bu gün səhər 07:30 radələrində "Həzi Aslanov" - "İçərişəhər" istiqamətində hərəkət edən qatarda qeydə alınıb.
Qatar "İçərişəhər" stansiyasına, oradan da depoya boş gedib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı "Report"a təsdiq edib:
"Hadisə bu gün saat 07:26-da baş verib. Dərhal həmin xəttə iki qatar buraxılıb. Onlardan biri ehtiyat qatar olub. Hazırda hərəkət qrafik üzrə davam edir. İlkin yoxlamalar nəticəsində nasazlıq aşkar edildiyi ehtimal edilən qatarın istismara tam hazır olduğu müəyyən edilib və bu səbəbdən də həmin qatar da xəttə buraxılacaq".