Azərbaycanda koronavirsun yeni ştamı olan “Omicron XBB.1.5”ə yoluxma faktı qydə alınmayıb.
RegionTV.info xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu Xəstəliklər və İnfeksion Nəzarətin Təşkili Şöbəsinin əməkdaşı Turan İbrahimova “Real TV”də bildirib.
TƏBİB rəsmisi əlavə edib ki, sözügedən virus “Omikron”un subvariantı olduğuna görə, ona yoluxan şəxs xəstəliyi elə “Omikron” kimi keçirir:
“Bunun müxtəlif ştamları olsa belə, bizlərə yad virus deyil. Biz COVİD-lə həm diaqnostikanı, həm də müalicə yollarını bilirik. Bu ştamın “Omikron”dan elə də fərqi yoxdur”.