Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ələt azad iqtisadi zonasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilərə işgüzar səfər vizası veriləcək

RegionTV.info

Ələt azad iqtisadi zonasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilərə işgüzar səfər vizası veriləcək.

Bu, Prezident İlham Əliyevin Miqrasiya Məcəlləsində və “Ələt azad iqtisadi zonası haqqında” qanunda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliklə işgüzar səfər vizası Azərbaycanda işgüzar əlaqələr və ya əməkdaşlıq qurmaq üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxslərin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin, Ələt azad iqtisadi zonasında fəaliyyət üçün isə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun, inzibati müəssisələrinin və ya hüquqi şəxslərinin vəsatəti əsasında və ya Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmanı təsdiq edən sənədlə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə veriləcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də