Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Səbuhi Rəhimli: “Yeni ilin aktiv, öndə gedən bürcləri Buğa və Tərəzilər olacaq...”

Mayda koronavirus bitəcəkmi?

"Yeni ildə sevindirici xəbər odur ki, siçovul ili dağıdıcı, öküz ili yığıcıdır..."


ƏTRAFLIBOSCH Azerbaijan
2020-ci ili də beləcə yola salırıq. Hər nə qədər ilin birinci rübündə koronavirus kimi bir bəlaya düçar olduğumuz üçün 2020-ni uğursuz adlandırsaq da elə bu siçovul ilinin II rübündə 30 ildir həsrətində olduğumuz Qarabağımız düşməndən azad edildi. Qarşıdan gələn öküz ili ilə bağlı isə gözləntilərimiz böyükdür. Bizi yeni ildə nələrin gözlədiyini öyrənmək üçün astroloq Səbuhi Rəhimli ilə söhbət etdik.

Moderator.az-ın qonağı olan astroloq bizimlə söhbətində 2021-ci ilin sabit dövr olacağını qeyd etdi. 

- 2021-ci ildə, öküz ilində bizi nələr gözləyir? 

- Yeni ili təhlil edərkən min ilin təcrübəsini gözdən keçirmək daha doğru olar. Min illərdir deyilir ki, siçovulun dağıtdıqlarını öküz qaydasına qoyur. Nəzərə alsaq ki, öküz ili həm metal ünsürlüdür, həm də ağ öküz ilidir, bu o deməkdir ki, o ağ öküz dünyada balans yarada biləcək. Min illər ərzindəki təcrübəyə əsaslanaraq deyə bilərəm ki, öküz illəri stabil dövr sayılır.

Hər şey insanın özündən asılıdır, özümüz hərəkət etməliyik. Astrologiyada elə bir şey yoxdur ki, siz oturursunuz kimsə gəlib sizə nəsə edir. Hər ilin özünəməxsus qaydaları, şərtləri var. İlindən, bürcündən asılı olmayaraq oyun qaydalarına, şərtlərə riayət edənlər qazanır. 

- Öküz ilinin oyun qaydası necədir? 

 - Dildən iti, obyektiv, işini doğru görən, zəhmətkeş, daima nikbin, pozitiv olan insanlar bu il uğur qazananlar sırasında ən öndə olacaqlar. Öküz ilində nəyin bahasına olursa olsun liderliyə can atanlar çox olacaq. Həqiqətləri ortaya çıxararaq önə çıxmaq, lider olmaq istəyənlərin sayı kifayət qədər artacaq. Hətta o qədər artacaq ki, buna görə rəqibi tamamilə zərərsizləşdirmək, sui-qəsd etmək halları ilə də rastlaşacağıq. Tarixə boylananda ölkəmizdə və dünyada öküz illərində kifayət qədər sui-qəsdlərin baş verdiyinin şahidi oluruq. Belə ki, öküz ilində Nəriman Nərimov Moskvaya çağırılıb və sui qəsdə uğrayıb, Ziya Bünyadov güllələnib və sair. Dünyada isə Kennedinin, şahzadə Diananın öldürülməsi kimi hallarla rastlaşırıq. Öküz ilində haqlı və güclü olanlar qalib gələcək. Bunların biri olub, biri olmasa bu uğursuzluqla nəticələnər. Ümumilikə 2021-ci il sabit dövr olacaq. 

- 2021-ci ildə dünyada fəlakətlərin olacağı, dünyanın sonunun yaxınlaşacağı ilə bağlı xəbərlər oxuyuruq. Bunlar nə qədər realdır? 

- Sentyabra qədər dünyada sakitlik hökm sürəcək. Bəziləri sensasiya xətrinə yeni ildə təlaş və bu kimi hadisələrin olacağını deyib, insanları vahimələndirir. Məbuatda bu kimi xəbərlər başlığa çevrilir.

- İşğaldan azad olunan torpaqlarımızda, Qarabağda yenidən müharibənin olması, hadisələrin qızışması gözlənilirmi? 

- 2021-ci il üçün Qarabağda yenidən müharibə gözlənilmir. Ən pis halda antiterror əməliyyatının olacaq. Bu da çox cüzi şəkilə baş tutacaq. Hətta Aprel döyüşləri səviyyəsində belə hər hansı döyüş gözlənilmir. 

- Ötən il müsahibənizdə qeyd etmişdiniz ki, siçovul ili heç də ürəkaçan bir il olmayacaq. Bəs öküz ili necə? 

- Öncədən proqnoz verəndə demirəm ki, yeni il ürəkaçan olmayacaq, yəni bədbin sözlərdən istifadə etməməyə çalışıram. Çətin, sınaqlarla dolu olacağını qeyd edirəm. Allahın hər bizə bəxş etdiyi ömrün hər saniyəsinə şükür.

Yeni ildə sevindirici xəbər odur ki, siçovul ili dağıdıcı, öküz ili yığıcıdır.

- Bu yeni ildə dünya koronavirus bəlasından xilas ola biləcəkmi?

- Bunu müəyyən etmək mümkün deyil. Astrologiyada təməl prinsipləri deyilən bir anlayış var. Məsələn bir insana hər hansı proqnoz deyirəmsə onun doğum tarixini dəqiq öyrənməliyəm. Bir bina tikilirsə onun tikilməyə başladığı günü hətta saatı hesablamalıyam. Misal üçün Sentyabrın 27-si II Qarabağ müharibəsi başlayanda biz döyüşün başlanma saatını bilirdik. Onda dedim ki, bu döyüş Noyabra qədər çəkəcək. Hətta Noyabrın 6-nda müharibənin bitəcəyi proqnozunu vermişdim. Bu da onun kimidir. Biz bilə bilmirik ki, virus ilkin olaraq nə zaman, nə vaxt, hansı iradələrdə peyda olub. Tarix dəqiq olsa onun bitəcəyi günü ilə bağlı bir söz demək mümkündür. Biz öncəgörən, baxıcı deyilik. Hesablamalarda nə çıxırsa onu ortaya qoymağa çalışırıq. Misal üçün dünyanın passivləşmə dönəmini hesablamaq mümkündür. 

- İndi dünya hansı dönəmi yaşayır?

- Hazırda dünya passivlik dönəmindədir. Bu passivliyin qismən aktivliyə keçmək məqamı 2021-ci ilin Mayın sonlarından başlayacaq. Belə ki, dünyada yükdaşıma, sərnişinlərin inteqrasiyası, turizmin fəaliyyətinin bərpa olunması məhz May ayına təsadüf edəcək. Media nümayəndələri sensasiya yaratmaq üçün yaza bilələr ki, Mayda bu virus bitəcək. Ancaq elə bir şey yoxdur. Dünyanın tədricən aktivləşmə dönəmi May ayının sonuna təsadüf edəcək. Müqayisəli təhlil aparsaq görərik ki, bu passivliyin səbəbi virusdan qaynaqlanır. 

- Bu il hansı bürclər üçün daha uğurlu olacaq?

- Qeyd etdiyim şərtlərə riayət edənlər bürcündən, ilindən yaşayış yerindən asılı olmayaraq qalib gələcək. Amma ümumi planetar quruluşa baxanda ilin aparıcı planeti Veneradır. Veneranın da himayəsində iki bürc var- Buğa və Tərəzi. İlin aktiv və ən ön də gedən aparıcı bürcləri bunlar olacaq. Bu bürcün nümayəndələrinin patensialları daha yüksək olacaq. Adətən deyirəm ki, aparıcı bürclər öz meydançasında oynayan oyunçu qədər enerjili olurlar. Udub uduzmamaq artıq ağıl, qətiyyət və hünərdən asılıdır. Buğa torpaq, tərəzi hava ünsürlüdür. Bu torpaq və hava ünsürlü bürclərə də dəlalət edir. Belə ki, Qız və Oğlaq bürcü, eyni zamanda Dolça da daha aktivdir. Zamanın nəbzini tutan, doğru yerdə doğru addım atan, doğru sözü deyən insanlar qalib gələcək. Öküz ili insanlardan bunu tələb edir. Öküz ilinin dostları İlan və Xoruz ilidir. İlin aparıcı işarələri aktiv insanları bu ildə doğulanlardır. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də