Son günlər yağan güclü qar Lənkəranda fərdi yaşayış evlərinə ziyan vurub.
RegionTV.info xəbər verir ki, Lənkəranda fərdi yaşayış evinin damı uçub.
Belə ki, geçə saatlarında rayonun Balıqçılar qəsəbə sakini 1959-cu il təvəllüdlü Tofiq Mirzağa oğlu Bədəlova məxsus iki mərtəbəli yaşayış evinin dam örtüyünün bir hissəsi qarın ağırlığına tab gətirməyərək çöküb.
Ev sahibinin sözlərinə görə, yaşadıqları evin damının uçması ailəni çətin duruma salıb. Çünki qar suları evin içərisinə tökülür.
Onlar qeyd edib ki, evdə iki azyaşlı uşaq var. Ərazidə işıqların tez-tez sönməsi vəziyyəti daha da ağırlaşdırır.
Çətin duruma düşən ailə bu barədə aidiyyati qurumlara müraciət etsə də hələlik cavab ala bilməyib.