Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məhkəmə keçmiş vəkillə bağlı 8 illik həbs qərarını dəyişdirməyib

Keçmiş vəkil, külli miqdarda dələduzluqda təqsirləndirilən Vüqar Səfərlinin apellyasiya şikayəti üzrə məhkəməsi başa çatıb.

RegionTV.info   xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 8 illik həbs cəzası qərarına baxılıb.

Qərar dəyişdirillmədən saxlanılıb.

Qeyd edək ki, ittiham aktına görə Vüqar Səfərli bir neçə vətəndaşın etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq edib.

Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır. V.Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış bloger Səbinə Kətanovadır.

Keçmiş vəkilin ona 130 min manatdan çox zərər vurduğu bildirilir.

Vüqar Səfərli həbs olunduqdan sonra Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də