Dünən günorta saatlarında Bakıdakı dayanacaqlardan birində bir nəfərin qadına bıçaq çəkməsi ilə bağlı bəzi detallar üzə çıxıb.
RegionTV.info xəbər verir ki, hadisəni törədən Şamil Şükürov zərərçəkmiş Elnarə Əliyevanın oğlu imiş.
Ancaq onun hansı səbəbdən anasını öldürmək istəməsi isə məlum deyil. Həmçinin Ş.Şükürov axtarışda olub.
Belə ki, bir qadın həyəcan və qorxu içərisində ərazidə olan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşına yaxınlaşıb. Bu an qadının arxasınca qaçan Ş.Şükürov polisə yaxınlaşıb və ailə məsələsi olduğunu, polisin bu işə qarışmamasını bildirib. Ancaq polis əməkdaşı onu sakitləşdirərkən cibində bıçaq görüb və dərhal taksi ilə tərəfləri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə aparıb.
Qeyd edək ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsindəki dayanacaqların birində baş verib.