Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olunub.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, bu vəzifəyə tibb üzrə fəlsəfə doktoru Fərhad Verdiyev təyinat alıb.
F.Verdiyev bu təyinata qədər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, bundan əvvəl həmin tibb müəssisəsinin direktoru Elviz Qasımov olub. O, ötən ilin dekabrında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Respublika Klinik Xəstəxanasına direktor təyin edilib.
Qeyd edək ki, bu il yanvar ayının 1-dən etibarən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu və daha 8 tibb müəssisəsi TƏBİB-in idarəçiliyindən çıxarılaraq Səhiyyə Nazirliyinin tabeliyinə verilib.