“Türkiyənin TRT telekanalı və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin ortaq layihəsi olaraq uşaq televiziyasının yaradılması nəzərdə tutulur”.
Bunu AZTV-nin sədri Rövşən Məmmədov onlayn keçirdiyi illik mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə iş gedir:
“Amma bu bir-iki ilin işi deyil. Burada texnikalar alınmalı, kadr balansı olmalıdır. Hazırlıq və yayım prosesi üç-dörd il çəkir.
Uşaq televiziyası ən çox maliyyə tələb edən layihədir. Xaricdən cizgi filmləri alına bilər. Amma o filmlərdə milli ruh olmayacaq”.