Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azər Əliyev istefa verdi

İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədr müavini Azər Əliyev istefa verib.

 

RegionTV.info   xəbər verir ki, bu barədə  Azər Əliyev özü məlumat verib.

 

O qeyd edib ki, “Atəşgah” Sığorta Şirkəti ilə yanaşı, həm İcbari Sığorta Bürosunundakı vəzifəsindən, həm də Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri vəzifəsindən ayrılıb.

 

Qeyd edək ki, Azər Əliyev 2008-2015-ci illərdə “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədrinin müşaviri və İdarə heyətinin sədri vəzifələrini icra edib. O, həmçinin 2017-ci ildən yenidən “Atəşgah” SŞ-nin İdarə heyətinin sədri vəzifəsinə qayıtmış, 2019-cu ildən etibarən Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri, daha sonra isə Müşahidə Şurasının sədri vəzifələrində çalışıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də