RegionTV.info
11.01.2023-cü il tarixində sosial şəbəkələrdə paylaşılan marşrutla bağlı araşdırma aparılıb.
Cəlilabad rayon İcra Hakimiyyətindən verilən məlumata görə, həmin videodakı sürücü müəyyənləşdirilib.
Müəyyən edilib ki, Cəlilabad şəhərdaxili 1 saylı marşrutda fəaliyyət göstərən Mercedes Benz markalı 10OG584 DQN-lı mikroavtobusun sürücüsü Bağırov Yaşar Bağır oğlu bildirib ki, qaz balonu mikroavtobusa əyləşən sərnişinlərdən birinə aiddir. Sürücü balonu salonun içi isti olmaq üçün yandırıb. Buna baxmayaraq, sürücünün belə təhlükəli hərəkətinin təkrar baş verməməsi üçün dərhal xəttən kənarlaşdırılıb.
***10.48
"Sözügedən haldan xəbərdarıq, məsələ araşdırılır".
Bu barədə Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd edilib ki, məsələ diqqətdədir və hadisə ilə bağlı ətraflı məlumat veriləcək.
***09:21
Cəlilabad rayonunun ictimai nəqliyyatı bərbad vəziyyətdədir.
Rayon daxilində fəaliyyət göstərən avtobuslar standartlara cavab vermir.
Belə ki marşrut xətlərinin birində kiçiktutumlu avtobusun isitmə sistemi işləmir. Elə bu səbəbdən də sürücü salonda maye qaz balonu yandırır.
Baş verəcək ən kiçik qəzanın necə böyük faciələrə səbəb olacağı isə hər kəsə məlumdur.
Sözügedən görüntüləri təqdim edirik: