Bakının Nizami rayonunda daha bir yaşayış binalarının sökülməsinə başlanılıb.
RegionTV.info xəbər verir ki, bu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 76 ünvanında yerləşən yaşayış binasıdır.
Həmin binadan artıq sakinlərin köçürülməsinə başlanılıb.
Bina sakinlərin verdiyi məlumata görə, tikintini aparacaq şirkətlə razılığa gəlinərək müqavilələr bağlanıb. Sakinlərə mənzillərinin otaq sayına görə kirayə haqqı ödənilir. Artıq bir neçə ailə kirayə mənzillərə köçürülüb. Sakinlərin sözlərinə görə, ərazidə hündürmərtəbəli bina tikiləcək və həmin binadan sakinlərə mənzillər veriləcək. Yeni mənzillərin sahəsi isə indikindən 20 faiz böyük olacaq.
Qeyd edək ki, ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. Artıq binalardan ikisi bir neçə ay əvvəl sökülüb. İlkin mərhələdə 5, növbəti mərhələdə isə 6 binanın söküləcəyi gözlənilir.