Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Başından güllə yarası alan dünya çempionu öldü - FOTO

Atıcılıq üzrə dünya çempionu ispaniyalı Xorxe Ballesteros yanvarın 11-də 39 yaşında vəfat edib.

RegionTV.info-nun xəbərinə görə, bu barədə "Jara y Sedal" nəşri məlumat yayıb.

Bildirilir ki, hadisə yanvarın 10-da baş verib. O öz silahı ilə başından aldığı güllə yarasından ölüb.

İspaniyalı çempion Madriddə ticarət mərkəzində şəxsi avtomobilində başından güllə yarası ilə tapılıb.

"Marca" nəşrinin məlumatına görə isə, Xorxenin ölümünün intihar olması ehtimal edilir.

Qeyd edək ki, Ballesteros 18 yaşında İspaniyanın ən gənc çempionu olub. İdmançı uşaqlıqdan cüdo, karate, atletika, futzal, basketbol, fronton və stolüstü tennis də daxil olmaqla bir çox idman növü ilə məşğul olub. 

2013-cü ildə ispaniyalı idmançı karyerasında ilk dəfə Avropanın mütləq çempionu olub və üç il sonra bu titulu təsdiqləyib. 2017-ci ildə dünya çempionu olmağı bacarıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də