Ermənistan Parlamenti “Ermənistan” fraksiyasının 22 deputatının səlahiyyətlərinə xitam verəcək.
RegionTV.info xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Parlament məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməyi planlaşdırır.
Məlumata görə, Milli Şura Şura “Ermənistan” fraksiyasının deputatları İşxan Saqatelyan, Qeqam Manukyan, Seyran Ohanyan və başqalarının səlahiyyətlərinə xitam verilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməyi planlaşdırır.
Şuranın bu qərarının qəbul olunması yanvarın 13-ə planlaşdırılır.