Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"İnter" klubu Erikseni transferə çıxardı






İtaliya "İnter"inin baş direktoru Cuzeppe Marotta danimarkalı futbolçu Kristian Eriksenin transferə çıxarıldığını açıqlayıb.

"Sky Italy" nəşrinə danışan klub rəsmisi bunun cəza ilə bağlı olmadığını bildirib.

Marottanın sözlərinə görə, 28 yaşlı futbolçu Milan təmsilçisinin oyun üslubuna uyğun gəlmir. O, oyunçunun ehtiyatda qalmayacağı komandaya keçidinin daha yaxşı qərar ola biləcəyini söyləyib.

Qeyd edək ki, Kristian Eriksen 2020/2021 mövsümündə "İnter"in heyətində 12 oyun keçirib. Yarımmüdafiəçi bu matçlarda heç nə ilə yadda qalmayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də