Bəzi daşıyıcı şirkətlərin sürücülər qarşısında qoyduqları gündəlik plan pulu ilə bağlı şərt sürücülərin etirazına səbəb olur. Məsələn, bir neçə gün əvvəl Sumqayıtda 10 A saylı marşrutu üzrə hərəkət edən avtobusların sürücüləri məhz elə bu səbəbdən səhər saatlarından işə çıxmaqdan imtina ediblər.
RegionTV.info xəbər verir ki, “Sumqayıt Nəqliyyat -1” MMC-nin balansındakı 12 marşurt xəttində olan hər bir avtobus sürücüsü gündəlik plan pulu ödəyirlər.
MMC-nin qaraj rəisi Sirac Səfərov "Xəzər Xəbər"ə bildirib ki, avtobusların əksəriyyəti kreditlə alındığına görə sürücülərin ödədikləri plan pulu kreditə ödənilməklə yanaşı, avtobusların təmirinə xərclənir və qarajda çalışan əməkdaşlara əməkhaqqı qismində verilir.
Sirac Səfərov onu da bildirib ki, yaxın vaxtlarda Sumqayıtda marşrut avtobusları kart sisteminə keçəcək və bu kimi problemlər yaşanmayacaq:
“Sumqayıtda plan pulunun çox olmasına sürücülərin etirazı ilə nəticələnən bu hadisə bir məsələni aktuallaşdırır. Qaydalara görə marşurt avtobuslarının sürücüləri daşıyıcı şirkətə gündəlik plan pulu ödəməlidirlərmi? Ümumiyyətlə, plan pulu ilə bağlı standart varmı?”
Daha ətraflı süjetdə: