RegionTV.info
Mingəçevir şəhər 20 saylı tam orta məktəbdə tələbələr soyuqdan donur.
Məktəbdə direktorun kabinetinin və bir neçə otaqların istiliyi olduğu halda, sinif otaqlarında istilik yoxdur.
Bu sözləri Mingəçevir şəhər sakini jurnalist Murad Rza oğlu öz "Facebook" sosial şəbəkə səhifəsindən paylaşıb.
Sitat: Məktəbə qaz borusunun çəkilişi iki il olar ki, həyata keçirilib, amma boru qaza həsrət qalıb,qazın buraxılması sanki tilsimlənib.
Məktəbdə İstiliyin təmin olunmasında istifadə olunan mazuta qənaət edən qurum yalnız direktorun kabinetinin istiliklə təmin olunmasına xidmət edir.
Uşaqaları o məktəbdə təhsil alan günəşli yaşayış massivinin sakinləri, buyur bu barədə fikirlərinizi bildirin. Elchin Kerimov işləmək lazımdır. Bilirəm indi yazacaqsınız ki, işləyirsiniz. Amma yuxarıda qeyd etdiyim problem yaşanırsa demək ki, siz işləmirsiniz.
Sitatın sonu.