RegionTV.info
Bu gün Tofiq Yaqublu Xəstəxanaya yerləşdirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
O müalicəsini xəstəxanada davam etdirəcək, yoxsa yenidən Saxlanılma Mərkəzinə qaytarılacaq?- sualına cavab olaraq, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bu gün həkim Adil Qeybulla DİN-in İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək Tofiq Yaqublu ilə görüşüb.
Həkimin məsləhəti ilə T.Yaqublu ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb.
Tibbi müayinənin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.