RegionTV.info
Qax Kukla Teatrının direktoru Seymur Vəliyev (Seymur Elsevər) işdən çıxıb.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, S.Vəliyevin əmək müqaviləsinə müqavilə müddətinin bitməsi ilə əlaqədar xitam verilib.
Xatırladaq ki, S.Vəliyev 2022-ci ilin iyun ayında Qax Kukla Teatrının direktoru təyin olunmuşdu.