RegionTV.info
Gəncədə sakinlər bir sıra avtobuslardan narazıdırlar. Bu haqda Gencexeber.az-a 11 yanvar tarixində məlumat daxil olub.
Belə avtobuslara 7 nömrəli marşrut xəttinin avtobusları da aiddir. Sakinlər nəqliyyat vasitəsinin içərisində natəmizlikdən narazıdırlar və oturacaqların yenilənməyə ehtiyacı olduğunu bildirirlər.
“Bu hal illərdir davam edir. Bundan başqa, avtobuslar gecikmə ilə gəlir, sürücülər isə sərnişinlərlə kobud rəftar edirlər. Bu hal bizə çox çətinlik yaradır. Buna bir çarə tapılmasını istəyirik”, – deyə sakinlər qeyd edirlər.