Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun İrana təhsil almağa göndərdiyi gəncin meyiti tapılıb.
RegionTV.info xəbər verir ki, bu barədə jurnalist Heydər Oğuz məlumat paylaşıb.
Onun sözlərinə görə, Vasif Talıbovun himayədarlığı ilə İranın Qum şəhərinə təhsil almağa göndərilən və daha sonra meyiti Araz çayından tapılan gənc Babək rayonunun Qahab kəndindəndir:
“İddialara görə, atası Naxçıvanlı uşaqların casusluğa cəlb olunması barədə müvafiq orqanlara şikayət edibmiş. Tələbənin meyiti də məhz bu şikayətdən sonra Araz çayından tapılıb”.
Qahab sakinlərindən biri yazır:
“Bu oğlan qahablı idi. Dedilər, üz gözünu balıqlar yeyib tanınmır. Onu zorla tez basdırdılar ki, araşdırılmasın. Ailəsi inanmırdı ki, meyit övladlarınındır”.