İmişli rayonu Aranlı kənd 1 saylı tam orta məktəbdə sanitar qovşağın olmaması ilə bağlı video çəkdiyinə görə töhmət alan Leyla Nəcəfquliyevaya ictimaiyyətə müraciət ünvanlayıb.
RegionTV.info xəbər verir ki, gənc müəllim ağlayaraq çəkdiyi vidoegörüntülərdə onun üçün başladılan dəstək aksiyasının dayandırılmasını xahiş edib.
“Səhər tezdən işə hazırlaşmalıyam, amma üzüm gülmür. Çox xahiş edirəm, aksiyanı dayandırın. Əks halda bir azdan məni cinayətkar elan edəcəklər. Yalançı, saxtakar, müəllim adına layiq olmayan biri kimi qeyd edəcəklər. Xahiş edirəm, aksiyanı dayandırın, hamınız məni pisləməyə başlayın. Övladlarım yazıqdır. Çox xahiş edirəm. Mən özümdən qorxmuram. Nələr çəkdiyimi… Üzüm gülə bilərdi, amma artıq gülə bilmir. İndi məktəbə necə gedəcəyəm, bunu bilmirəm. Çox xahiş edirəm, aksiyanı dayandırın, istəmirəm. Yazın ki, Leyla müəllimə işdən azad edilsin. Bu cür yazın. Çox xahiş edirəm…”, - o bildirib.