Ötən gün “Sədərək” ticarət mərkəzində dayanacaqlara görə ödəniş tələb olunduğu halda “nə müştərilərdən, nə də sahibkarlardan pul alınır” deməsi ilə gündəmə gələn TM-in sözçüsü Kəmaləddin Qədimin Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovla qohum olduğu bildirilir.
RegionTV.info xəbər verir ki, K.Qədim V.Talıbovun xalası oğludur.
Qeyd edək ki, “Sədərək”də sürücülərdən pul alındığı halda, Kəmaləddin Qədim Baku TV-yə açıqlama verərək xəbəri təkzib etmişdi.