Narınginin içərisində həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb.
RegionTV.info xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidməti məlumat yayıb.
Qeyd olunub ki, Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 120.2.11; 181.3.3; 221.3; 228.4 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elçin Mirheydər oğlu Cavadova gətirilmiş sovqata baxış keçirilən zaman orada olan mandarinin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 4,772 qram olan narkotik maddə - heroin, ümumi çəkisi 0,791 qram olan narkotik maddə - marixuana, ümumi çəkisi 2,138 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 0,04 qram olan metadon həbi aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.