RegionTV.info
Abşeron rayonu Saray qəsəbəsində iki nəfəri avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hadisə zamanı naməlum sürücü idarə etdiyi “Mersedes” markalı avtomobillə əvvəlcə kişi piyadanı, daha sonra isə yetkinlik yaşına çatmayan bir qızı vurub. Xəsarət alan birinci piyada xəstəxayana yerləşdirilib amma yetkinlik yaşına çatmayan şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Sürücü qəzadan sonra piyadalara heç bir köməklik etmədən hadisə yerindən uzaqlaşıb.
Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qəzanı törətməkdə şübhəli bilinən "Mercedes" markalı avtomobilin sürücüsü Qafarxan Qafarov tutularaq istintaqa təqdim edilib.
Faktla bağlı Qafarxan Qafarov barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.